Xəzər Xəbər

KXDR-də nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyekt var

Dünya | 14:36 • 18 İyun 2018
KXDR-də nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyekt var

KXDR nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyektə malikdir.


Bu barədə Cənubi Koreyanın "Munhwa Ilbo" qəzeti ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən məlumat yayıb.


"Şimali Koreyada ilk gizli nüvə çalışmalarını 1982-ci ildə ABŞ kəşfiyyatı qeydə alıb. O vaxtdan keçən 36 ildə KXDR-in nüvə obyektlərinin siyahısı daim artıb", - deyə qəzet yazıb.


Nəşrin mənbələri bu obyektlərin yoxlanmasının beynəlxalq ictimaiyyət üçün "ciddi çağırış" olacağını qeyd edirlər.


Amma Şimali Koreyanın nüvə və raket obyektlərinin yoxlanılması zamanı müxtəlif çətinliklərın ortaya çıxacağı da istisna olunmur. O da bildirilir ki, denuklearizasiya haqqında Vaşinqton-Pxenyan danışıqları üçün xeyli vaxt lazım olacaq.


Qeyd edək ki, iyunun 12-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda görüş keçirilib. Görüşdə liderlər Koreya yarımadasının denuklerizasiyası haqqında razılaşıblar. Razılaşmaya əsasən, nüvə obyektlərinin məhvi nəzərdə tutulur.

Xəbər lenti