Xəzər Xəbər

Sərkisyan yırtıcı Manveldən üz döndərdi: “Bu alçaqlıqdır...”

Dünya | 14:38 • 18 İyun 2018
Sərkisyan yırtıcı Manveldən üz döndərdi: “Bu alçaqlıqdır...”

Ermənistanda hələ də keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi, parlamentdə formal çoxluqda olsa da müxaifətə keçən Respublika partiyası general Manvel Qriqoryanın malikanəsindən Qarabağda əsgərlərə göndərilən tonlarla ərzaq və digər yardımların aşkar edilməsinə görə bəyanat verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda Milli Təhlükəsizlik Xidmətinin yaydığı videokadrların partiyada "dərin ağrı və hiddət doğurduğu” bildirilir.

"Biz bundan hiddətlənmişik və sarsılmışıq ki, bizim reallığımızda kimsə, xüsusən də Qarabağ müharibəsində fəal iştirak edən general ümumiyyətlə belə əmələ yol verə bilərmiş. Bu qəbuledilməzdir və alçaqlıqdır”-Sərkisyanın partiyası bildirir.

Bununla belə Respublika partiyası qeyd edir ki, təqsirsizlik prezumpiyasına hörmət edir və əgər Manvel Qriqoryanın günahı sübut olunsa xidmətlərindən asılı olmayaraq qanunun bütün ciddiyəti ilə cavab verməlidir.

Parlamentin vitse-spikeri və Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov isə deyib ki, əsgər çörəyini oğurlamaq qəbuledilməz hərəkətdir, rüsvayçılıqdır."Əsgərin çörəyini oğurlayan milli satqındır”-Şarmazanov deyib.

"Çiçəklənən Ermənistan” partiyası da general Manvelin ciddi cəzalandırılmasını tələb edir. Partiyadan deputat Gevorq Petrosyan bildirib ki,büdcədən oğurluq, əsgər payını mənimsəmək alçaq əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədən cəzasını almalıdır.

Sosial şəbəkələrdə də general-cani Manvelin evindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilən ərzaq və digər yardımların çıxmasını hiddətlə müzakirə edir,bu qarətin o vaxtkı hakimiyyət rəhbərliyinin icazəsi olmadan baş verməsini mümkünsüz sayırlar.

Lakin erməni ictimaiyyətinin bu təəcübünü anlamaq çətindir, general Manveli pisləyənlər ən azından səmimi deyil.Çünki mülki azərbaycanlılara qarşı heyvani qəddarlığı ilə ad çıxarmış və işğal edilmiş Azərbaycan şəhərlərini, kəndlərini talamaqla ilkin kapital toplamış manvelləri, serjikləri, robertləri və digər bu kimi hərbi caniləri vaxtında pisləmək lazım idi...

Xəbər lenti