Xəzər Xəbər

Sarkoziyə qarşı ittiham irəli sürülüb

Dünya | 10:07 • 22 Mart 2018
Sarkoziyə qarşı ittiham irəli sürülüb

İstintaq orqanları tərəfindən Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı ittiham irəli sürülüb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Le Monde” xəbər verib.

Məlumata əsasən, keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.

Dindirilmədən sonra sərbəst buraxılan N.Sarkozi polis nəzarəti altında qalacaq. Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Xəbər lenti