Xəzər Xəbər

Belarus prezidentinin Gürcüstana rəsmi səfəri başlayır

Dünya | 09:45 • 22 Mart 2018
Belarus prezidentinin Gürcüstana rəsmi səfəri başlayır

Belarus prezidenti Aleksandr Lukaşenko martın 22-də Gürcüstana rəsmi səfər edəcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

İki günlük səfəri zamanı Belarus lideri Gürcüstanın prezidenti Giorqi Marqvelaşvili, baş nazir Giorqi Kvirikaşvili və Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşəcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

Martın 22-də Tbilisidə Gürcüstan-Belarus biznes-forumu keçiriləcək. Bu günlərdə həmçinin Gürcüstan paytaxtında Minsk Günləri keçirilir.

Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenko 2015-ci ilin aprelində Gürcüstana rəsmi səfər edib.

Xəbər lenti