Xəzər Xəbər

Radio aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub

Dünya | 15:58 • 23 Oktyabr 2017
Radio aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub

"Exo Moskvı" radiosunun aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub.


Tatyana Felgenhauerı bıçaqlayan şəxs Boris Gertsdir.

O, radio əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, T. Felgenhauerə bıçaqla hücum edən şəxs xarici vətəndaşdır. Həmin şəxs "Exo Moskvı” radiosuna gələrək qapıda duran təhlükəsizlik xidməti əməkdaşına qarşı gözyaşardıcı qazdan istifadə edib və içəri daxil olub.

Qeyd edək ki, bu gün günorta saatlarında naməlum şəxs "Exo Moskvı” radiosunun aparıcı Tatyana Felgenhauerə bıçaqla xəsarət yetirib. Boğaz nahiyyəsindən yaralanan radio aparıcısı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Rusiya İstintaq Komitəsi T. Felgenhauerə hücumla bağlı "Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb. (APA)

Xəbər lenti