Xəzər Xəbər

Torpaq altından cəsədlər çıxır - Ölənlərin sayı 315 nəfərə çatdı

Dünya | 16:03 • 16 Avqust 2017
Torpaq altından cəsədlər çıxır -

Syerra Leonenin paytaxtı Fritaunda aramsız yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 315 nəfərə çatıb.

Hökumət daha yüzlərlə insanın itkin düşdüyünü açıqlayıb. Axtarış əməliyyatlarına xilasedicilərlə yanaşı hərbçilər də cəlb olunub. Təbii fəlakət nəticəsində çox sayda ev dağılıb.

Bölgədə yeni torpaq sürüşmələrinin baş verə biləcəyi barədə xəbərdarlıq edilib.

Xəbər lenti