Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması təlimlər üçün həyəcan siqnalı ilə qaldırılıb.
Bu barədə "İnterfaks"a RF
Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim
Astafyev məlumat verib. O bildirib ki, komanda-qərargah təlimləri
çərçivəsində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi
hazırlığın yoxlanılması üzrə tədbirlər yerinə yetirir: "Təlimlərə 1500
hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi
texnika cəlb olunub. Həştərxan vilayəti və Dağıstan Respublikasında
dislokasiya olunmuş sahilyanı hərbi hissələr həyəcan siqnalı ilə
qaldırılıb və hərbi-təlim vəzifələrinin yerinə yetirilməsinə başlayıb".
Təlim çərçivəsində döyüş gəmilərinin ekipajları yüksək dərəcəli döyüş
hazırlığı siqnalı aldıqdan sonra dənizə çıxış və silah tətbiq etməyə
hazırlığı sınaqdan keçiriblər. Hava hücumundan müdafiə və baza
yerlərinin maskirovkası üzrə də təlimlər olub./apa