Xəzər Xəbər

Avropanın cənubu güclü yanğınlarla üz-üzə

Dünya | 17:17 • 14 Avqust 2017
Avropanın cənubu güclü yanğınlarla üz-üzə

Avropanın cənubunda isti və quru hava şəraitinə görə yenidən meşə yanğınları başlayıb. Yanğınlar Yunanıstanda, Portuqaliyada və Fransanın Korsika adasında müşahidə olunur. Afinadan 44 kilometr məsafədə Kalamos şəhərinin yaxınlığında 20 ev yanıb, iki uşaq düşərgəsi təxliyə edilib, nəqliyyatın hərəkəti dayandırılıb. Yunanıstan hökuməti yanğınların bəzilərinin naməlum şəxslər tərəfindən başlandığını bildirir.

Portuqaliyada 4000 yanğınsöndürən 250 yerdə yanğınla mübarizə aparır. Ölkə Avropa İttifaqının digər üzvlərindən yardım istəyib. Fransanın Korsika adasında 21 hektar sahədə meşə yanğını isə artıq söndürülüb.

Xəbər lenti