Xəzər Xəbər

Rusiyada saxlanılan zəhərli sarin qazının bütün ehtiyatı məhv edilib

Dünya | 15:11 • 12 İyun 2017
Rusiyada saxlanılan zəhərli sarin qazının bütün ehtiyatı məhv edilib

Rusiyada saxlanılan zəhərli sarin qazının bütün ehtiyatı məhv edilib. Bu barədə İnterfaks-a Kimyəvi Silahların Təhlükəsiz Saxlanılması və Məhv edilməsi üzrə Federal İdarəsnin rəisi Valeriy Kapaşin bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə Rusiya zəhərli maddələrin 98,9 faizini məhv edilib. Bütün işlər cari ilin sonuna qədər bitəcək.

Mart ayında bildirilmişdi ki, Rusiya öz kimyəvi silahının məhvi üçün ümumilikdə 330 milyard rubl xərcləyib.

Rusiya Sovet kimyəvi silah arsenalının məhvinə 1998-ci ildən başlayıb. Həmin vaxt ümumi ehtiyat 40 min tona yaxın idi./faktxəbər

Xəbər lenti