Xəzər Xəbər

Bəzi kateqoriyadan olan şəxslərin dərmanla təminatında güzəştlər edilə bilər

"Bu prosesi mərhələ-mərhələ həyata keçirmək mümkündür"
Cəmiyyət | 12:59 • 29 Mart 2023
Bəzi kateqoriyadan olan şəxslərin dərmanla təminatında güzəştlər edilə bilər

Şəhid ailələrinin, qazilərin, əlillərin, təqaüddə olanların dərman vasitələri ilə təmin edilməsində güzəştlərin tətbiqi məqsədəuyğundur. Bu prosesi mərhələ-mərhələ həyata keçirmək mümkündür.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 29-da keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı deyib.

Yeni qanun layihəsinin ölkədə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlandığını qeyd edən komitə sədri sənədi müsbət addım kimi dəyərləndirib.

Bəzi dərmanların qiymətinin baha olmasından danışan komitə sədri dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi istiqamətində də müəyyən işlərin görülməsinə ehtiyac yarandığını da diqqətə çatdırıb.

Əhliman Əmiraslanov, həmçinin tibbi tullantılarla bağlı dinləmənin keçirilməsini təklif edib.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti