Xəzər Xəbər

COVID-19 əleyhinə son sutkada 26 530 vaksin vurulub

Cəmiyyət | 16:44 • 28 Noyabr 2021
COVID-19 əleyhinə son sutkada 26 530 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 530 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 19 113 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 təşkil edir.

Xəbər lenti