Xəzər Xəbər

Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var AÇIQLAMA

Cəmiyyət | 18:29 • 28 Noyabr 2021
Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var

Koronavirusun ilk yarandığı vaxtlarda dölə göstərdiyi təsirlə indiki vaxtda göstərdiyi təsir eyni deyil.

Bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyib.

O bildirib ki, çünki biz demək olar hər ay yeni ştammlar ortaya çıxır və onların da hər birinin özünəməxsus şəkildə dölə təsiri var.

"Məsələn, xəstəlik ortaya çıxan ilkin vaxtlarda yeni doğulmuşlar virusa yoluxmurdu. Amma indi yeni doğulmuşlar arasında da koronavirusa yoluxma halları kifayət qədər var. Ana bətnində biz bunu müəyyənləşdirə bilmirik. Amma doğuşdan sonra bütün uşaqlardan test götürülür və uşağın virusa yoluxub-yoluxmadığı aydınlaşdırılır. Bəzən koronavirus olmayan analar belə xəstəxanadan getdikdən sonra həm özü, həm də 10-15 günlük körpəsi COVİD-19-a yoluxa bilir" - deyə mütəxəssis qeyd edib.

Koronavirusun doğuş üsuluna təsirinə gəldikdə isə həkim-ginekoloq əlavə edib ki, virusun birbaşa yox, amma dolayısı ilə təsiri var.

"Koronavirus olarkən normal doğuş mümkündür. Düzdür, hamilə qadın qanı durulaşdırmaq üçün dərmanlar alır. Bu, həkim üçün müəyyən çətinlik törədir, amma normal doğuş həyata keçirilə bilər. Lakin xəstə çox ağır vəziyyətdədirsə, təcili keysəriyyə əməliyyatı ilə döl azad olunur ki, ananın həyatını xilas etmək mümkün olsun" - deyə həkim-ginekoloq bildirib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti