Xəzər Xəbər

Yoluxan, yoxsa vaksinasiya olunan şəxslərin immuniteti güclü olur? – RƏSMİ AÇIQLAMA

Təyyar Eyvazov: İmmunitetin nə qədər davam etməsi barədə dəqiq məlumat yoxdur
Cəmiyyət | 15:56 • 4 İyun 2021
Yoluxan, yoxsa vaksinasiya olunan şəxslərin immuniteti güclü olur? – RƏSMİ AÇIQLAMA

“Koronavirus infeksiyası yeni olduğuna görə xəstəlik keçirəndən sonra əldə edilmiş immunitetin nə qədər müddət qalması haqqında məlumatlar dəqiq deyil”.

XəzərXəbər xəbər verir ki, bunu səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov deyib. O, bildirib ki, koronavirusdan sonra yaranmış immunitetin 6 və ya 8 ay olması ilə bağlı müxtəlif fikirlər var:

“Amma  bu məsələ hələlik açıqdır və cavabın tapılması üçün zamana ehtiyacı var. 

Eyni zamanda vaksinasiyadan sonra da qazanılmış immunitetin nə qədər davam edəcəyi haqqında da dəqiq bilgilərimiz yodur. Peyvəndlər müxtəlifdir. Ümumi qəbul edilmiş qaydaya görə xəstəlikdən sonra ən azı 6 ay müddətində qalması hesab olunur. Ümumiyyətlə, peyvənddən sonra immunitetin nə qədər davam edəcəyi haqqında dəqiq bilgi yoxdur”.

Xəbər lenti