Xəzər Xəbər

Təhsilin keyfiyyətinə təsir edən amillərin öyrənilməsi üçün sorğu keçirilir

Cəmiyyət | 16:54 • 15 Mart 2021
Təhsilin keyfiyyətinə təsir edən amillərin öyrənilməsi üçün sorğu keçirilir

"Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir".

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

Emin Əmrullayev qeyd edib ki, Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir: "Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənməyi faydalı hesab edirəm. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm".

Sorğunun linkini təqdim edirik: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSfuHX2DsRpsBB71UtMSNoVtKBJNyaRJ5FrZCH_SdrXoW2mZUw/viewform?fbclid=IwAR3GwJ99hSZpGYHeiZ0YS2tomFAf7MmtP7cqXfP7ko2_fQ76OTlqvYKBfp0

 

Xəbər lenti

Çox oxunanlar