Xəzər Xəbər

Karantin postundan kənar yollarla keçməyə cəhd göstərən sürücülər saxlanılıb

Cəmiyyət | 11:58 • 30 Dekabr 2020
Karantin postundan kənar yollarla keçməyə cəhd göstərən sürücülər saxlanılıb

Dekabrın 29-da saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobil saxlanılıb.


Daxili İşlər Nazirlyindən xezerxeber.az-a verilən məlumata görə, araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb.


Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib.


Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi "Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.


Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti