Xəzər Xəbər

“İnstagram”da narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanıb - FOTO

Cəmiyyət | 16:26 • 31 Yanvar 2020
 “İnstagram”da narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanıb  -

Daxili İşlər Nazirliyinə "İnstagram” sosial şəbəkəsindəki "polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki "tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.


Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində "tt.elcan_” səhifəsinin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğunu məlum olub. O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E. Şahverdiyev ifadəsində "İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.


Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti