Xəzər Xəbər

Pendir bakteriyalarının faydası üzə çıxdı - KƏŞF

Cəmiyyət | 15:18 • 18 Aprel 2019
Pendir bakteriyalarının faydası üzə çıxdı -

Məlum olub ki, pendir bakteriyaları gistaminin - allergiyanın əsas törədicisinin əmələ gəlməsinin qarşısını ala bilər.


Avstriya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu böyük kəşf ediblər: bəzi pendir növlərinin üst hissəsində olan bakteriyalar insanda allergiya törədən gistaminləri yox etmək bacarığına malikdir.


AZƏRTAC "MedikForum”a istinadla xəbər verir ki, bu tədqiqat barədə "Scientific Reports” yazır.


Məlumdur ki, pendir istehsalı zamanı məhsul müəyyən müddət ərzində xüsusi mühitdə saxlanılır. Məsələn, parmezan pendirinin hazırlanma texnologiyası bu cürdür. Pendir bu yolla "yetişənə qədər” onun səthində bakteriyalar yaranır və məhsulu xarici patogenlərdən qoruyur.


Tədqiqatçılar bu bakteriyaların pendirin dadının formalaşmasındakı rolunu ətraflı öyrənmək qərarına gəliblər. Onlar genetik analiz həyata keçirərək, bu bakteriyaların bir neçə ştammının genomunun şifrəsini açıblar. Nəticədə mütəxəssislər bu mikroorqanizmlərin DNT-sində gistaminin emalına cavabdeh olan sahələr tapıblar.


Bu bakteriyalar əslində allergiyaya qarşı təbii dərmandır. Eksperiment çərçivəsində alimlər onlar tərəfindən aşkar edilən bakteriya ştammlarını gistaminin mövcud olduğu şəraitdə yerləşdiriblər. Onlar allergen emal edərək böyüməyə başlayıblar. Gistaminlə qarşılaşmayan bakteriyalarda isə buna bənzər hal baş verməyib.


Bu istiqamətdə tədqiqatlar hələ davam edir. Alimlər allergiyanın müalicəsində pendir bakteriyalarının daha hansı növlərinin faydalı ola biləcəyini müəyyən etmək istəyirlər.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti