Xəzər Xəbər

700 bal toplayan oğlan: “Hədəfim ABŞ və Almaniyadır”

Cəmiyyət | 17:10 • 22 May 2018
700 bal toplayan oğlan:
Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 3 nəfər 700 bal toplayıb.


I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Vasif Əsədovdur. Rekordçu gənc sevinc təəssürtlarını AzVision.az-la bölüşüb.


"Sevincimin həddi-hüdudu yoxdur. Çox gözəl hissdir. Bütün məzunlara bu hissi yaşamağı arzulayıram" -deyən Vasif hesab edir ki, uğur qazanmaq üçün çalışmaq lazımdır.

"Gərək seçdiyin ixtisası sevəsən. Əgər çalışıb, əzm, iradə göstərəcəksənsə 100 faiz nəticə əldə edəcəksən. 700 bal toplamaq bir az da şans işidir. 125 sualın hər birini bilmək olmur. Bir sual olur ki, onda tərəddüd edirsən. Məndə fizika fənni üzrə belə hal yaşandı. İmtahan sualları içərisində fizika fənni üzrə suallar çətin idi, digərlərini cavablandırmaq isə asan oldu. İki il repetitor yanına getmişəm”.

V.Əsədov təhsil aldığı orta məktəbin göstəricilərinin yüksək olduğunu bildirib. O, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında oxumaq istədiyini, həmçinin xaricdə təhsil almağı düşündüyünü söyləyib

"Xaricdə oxumaq çoxdanki arzumdur. Hədəfim ABŞ və Almaniyadır”.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti