Xəzər Xəbər

DİQQƏT: Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - XƏRİTƏ

Cəmiyyət | 14:03 • 14 Mart 2018
DİQQƏT:

"Sovetski” adlanan ərazidə aparılan təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunun keçmiş "Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 15 və 16-da saat 00:00-dan 06:00-a qədər Şıxəli Qurbanov küçəsinin Salatın Əsgərova küçəsi ilə kəsişməsindən Füzuli küçəsinə qədər, Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsindən Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Balababa Məcidov küçəsi və Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

Xəbər lenti