Xəzər Xəbər

Siqaret çəkən sürücülərin nəzərinə Detektorlar quraşdırılacaq

Cəmiyyət | 15:30 • 14 Mart 2018
Siqaret çəkən sürücülərin nəzərinə

Bakının ictimai nəqliyyatında xüsusi detektorlar sınaqdan keçiriləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə bildirib.

Həmin detektorlar sürücülərin içkili olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Mənbənin sözlərinə görə, bu qurğuları mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiq olunduğu istənilən ictimai nəqliyyat vasitəsində (avtobus, taksi və b.) istifadə etmək mümkündür:

"Cihaz sürücülərin ayıqlıq vəziyyətinə nəzarət etməyə, eyni zamanda, siqaret tüstüsünü müəyyən etməyə imkan verəcək. Bu barədə məlumat avtomatik olaraq idarəetmə mərkəzinə göndəriləcək. Məlumatların ötürülməsi üçün GDM əlaqə kanallarından istifadə olunacaq".

Qurğu artıq növbəti rübdə sınaqdan keçiriləcək.

Xəbər lenti