Xəzər Xəbər

Qışda niyə tez-tez xəstələnirik? Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ

Cəmiyyət | 17:56 • 11 Dekabr 2017
Qışda niyə tez-tez xəstələnirik?

"Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın”.

Bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır:

"Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz”.

Kardioloq D vitamini əskikliyini aradan qaldırmağın yollarını da açıqlayıb:

"20 min xəstəmin 99 faizində D vitamini çatışmazlığı var. Bunun səbəbləri çoxdur. Günəş şüalarını az qəbul etmək, hava kirliliyi, heyvan mənşəli qidalardan, heyvanların daxili orqanlarını yeməkdən imtina etmək bu sıradandır. İllərdir bizə bu qidalar xəstəlik, infarkt səbəbi olduğu deyilirdi. Ona görə də insanların çoxunda D vitamini əskikliyi var. Bu problemi aradan qaldırmaq üçün təbii qidalar qəbul etməlisiniz. Qışda hansı turşu sevirsinizsə, evdə hazırlayın, içinə əlavə qatqı maddəsini vurmayın. Qışda mütləq evdə hazırlanmış sümük suyu, xaş, ev qatığı, bol sirkə istifadə edilməlidir. Bunlar hamısı sizin üçün lazım olan təbii probiotiklərdir (insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər”)./publika.az

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti