Müntəzəm marşrut avtobuslarından
istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması,
sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi Bakı
Nəqliyyat Agentliyinin prioritetlərindəndir.
Bu sahədə qoyulan məqsədə nail olmaq üçün Agentlik tərəfindən bütün
zəruri tədbirlər, o cümlədən maarifləndirmə işləri aparılmaqdadır. Bakı
Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və
fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq
məqsədi ilə müxtəlif nəzarət mexanizimlərindən istifadə edilir. Marşrut
xətləri üzrə mütəmadi olaraq montitorinqlər keçirilir
Son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq
qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə
qarşı ciddi cəza tədbirləri görülüb.
Agentlikdən
XəzərXəbər-ə verilən məlumata görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən
90 TV 751 DQN-lı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu
isə "D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal
sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının
formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar
edilib.
Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378
DQN-lı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə YDM-ə
daxil olduğu üçün sürücünün izahatı alınıb və xəbardarlıq edilib.
Məlumat üçün qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə
avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi,
istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən
ciddi qayda pozuntularına yolvermə hallarının çox olması ilə bağlı
dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq daşıyıcı qeyd edilən
nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların
atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli
müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən
daşıyıcının dəyişdirilməsi qərara alınıb.
Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib.
Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların
texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.
Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin
həyatını təhülkəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli
müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin
tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat
vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad
edilib.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində
müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat
vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü
bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində
ən sərt tədbirlərin görülməsini davam etdirəcək.