Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir.
Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda
20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı
gözlənilir.
Azərbaycanın
rayonlarında isə iyunun 24-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı,
yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir
güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 28-32, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.