Xəzər Xəbər

Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA

Araşdırma | 14:20 • 15 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin

"Azərbaycanda dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir”.

Bu haqda Modern.az-a məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlıdeyib ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir:

"2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir”.

R.Osmanlı Azərbayacana idxal olunan avtomobillərin sayının kəskin azaldığını bildirib:

"2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb”.

O qeyd edib ki, baş verənlərin fonunda əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb:

"Əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.

Dövlət Statistika KomitəsindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə1 136 983 minik avtomobilivar.

Qeyd edək ki, ölkədə olan minik avtomobillərindən ilk beşliyi aşağıdakı kimi sıralanır.

1. "Mercedes” 193366 ədəd

2. "Hyundai”62145 ədəd

3. "Toyota” 47282 ədəd

4. "Nissan” 32674 ədəd

5. "KİA” 31202 ədəd

Qiyməti 100 000 dollardan yuxarı olan avtomobillərdən Azərbaycanda 5484Landrover, 324Cadillac, 242Jaguar, 104Lincoln, 3Chrysleravtomobili var.

Bundan başqa ölkəmizdə hələ də sovet dövrünün istehsalı olan avtomobillərə üstünlük verənlər də az deyil. Belə ki, hazırda Azərbaycanda 200777 ədədVaz-2101, 03-06; 127 811Vaz-2105, 2107; 26 440Qaz-24; 25170Moskviç; 5944Zaporojestsvar.

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti