Xəzər Xəbər

Azərbaycanda bahalı maşınların satışı kəskin azalıb – ARAŞDIRMA

Araşdırma | 14:17 • 11 Aprel 2017
Azərbaycanda bahalı maşınların satışı kəskin azalıb –

Azərbaycanda yeni model premium sinif üzrə avtomobil markalarının satış həcmi məlum olub. Fins.az-ın bazar araşdırmasına görə, ümumilikdə 2016-cı ildə5 746 yeni avtomobil satılıb ki, bunun15,2%-i 5 premium avtomobil markasının-"Lexus” "Mercedes”, "BMW”, "Porsche”və "Audi”lərinpayına düşüb.İqtisadi durğunluq bu avtomobillərin də satışlarına ciddi təsir edib. Son 3 ilin statistikasına əsasən premium avtomobil bazarı 3 dəfə kiçilib. Belə ki, 2014-cü ildə bu markalara aid 2661 ədəd, 2015-ci ildə 2157, ötən il isə cəmi 878 avtomobil satılıb.

"Lexus” "Mercedes”, "BMW” və "Audi”ni geridə qoydu

Ümumilikdə bütün markalar iqtisadi durğunluqdan əziyyət çəksələr də, bəzi brendlər satışlarının kəskin azalmasının qarşısını ala biliblər. Məsələn, 2016-cı ildə premium avtomobillər arasında satış həcminə görə isə lider "Lexus” olubMarka 2015-ci ildə satışların həcminə görə "Mercedes”, "BMW” və "Audi”dən geridə olsa da, bazar durğunluğu şəraitində satışlarını böyük həcmdə qoruya bilib. Yapon markasının 2016-cı ildə 290 avtomobil satıb. Bu göstərici 2015-ci illə müqayisədə cəmi 14% azdır. Ümumi bazar üzrə isə yeni avtomobillərin satışına görə, "Lexus”lar 8-ci olub.

"Mercedes” 2-ci olub

"Mercedes” kəskin azalmaya baxmayaraq ötən il rəqibləri arasında 2-ci olmağı bacarıb. Alman avtomobil nəhəngi ötən il Azərbaycanda 274 yeni "Mercedes” satıb. Bu da 2015-ci illə müqayisədə 2,4 dəfə azalma deməkdir. "Mercedes” ötən il yeni avtomobillərin satışına görə, bazar üzrə 10-cu pillədə qərarlaşıb.

"Audi” rəqibləri arasında yerini qoruya bilib

Yeni modellərdə satışların həcmi azalsa da, "Audi” rəqibləri arasında öz yerini qoruya bilib. Markanın Azərbaycanda satışları ötən il 2,5 dəfə azalaraq 155 avtomobilə düşüb. Yeni avtomobil bazarı üzrə isə brend satışların həcminə görə 14-cü olub.

Premium markalar

2014

2015

2016

LEXUS

796

338

290

MERCEDES

1096

682

274

AUDI

398

393

155

BMW

138

575

90

PORSCHE

233

169

69

Total Market

2661

2157

878

"BMW”lərin satışında kəskin azalma -6,3 dəfə

2016-cı ildə satışlarının həcminə görə ən böyük azalma "BMW”lərdə müşahidə edilib. 2015-c ildə brend575 yeni avtomobil satıbsa, ötən il bu rəqəm cəmi90 olub(6,3 dəfə azalma). Nəticədə "BMW” bu göstərici ilə iki pillə geriləyərək 4-cü olub.

"Porsche” ən az satışla autsayder olub

Premium avtomobillər arasında "Porsche” sonuncu olub. Marka üzrə satışların həcmi 2016-cı ildə 2,4 dəfə azalaraq 69 avtomobil təşkil edib.

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti