Xəzər Xəbər

Hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?...

Araşdırma | 13:58 • 17 Aprel 2017
Hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?...

Hər bir vicdanlı, məsuliyyətli, zəhmətkeş işçi əməyinə qiymət verilməsini istəyir. Təbii ki, belə insanlar üçün hökumətin göstərdiyi qayğı çox önəmlidir. İşçilərini mənzillə təmin etməsi isə onlara verilən ən böyük dəyərlərdən biridir. Azərbaycan hökuməti vəonunmüvafiqorqanları vaxtilə ayrı-ayrı sahələrdə çalışan əməkdaşlara mənzillərverirdi.
Lakin indi işçilərini mənzillə təmin edən dövlət qurumlarının sayı çox azdır, hətta bəlkə də yoxdur.

Modern.az saytı bununla bağlı bir neçə dövlət qurumu ilə əlaqə saxlayıb, vəziyyətlə maraqlanıb.

Təsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovbildirib ki, hələ ki nazirliyin əməkdaşlarını mənzillə təmin etmək kimi bir planı yoxdur. Onun sözlərinə görə, nazirliyin daha əvvəl də belə təcrübəsi olmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovəvvəllər əməkdaşlar üçün mənzil tikintisinin olmadığını bildirib: "Nazirlik büdcədən maliyyələşən dövlət qurumudur, ona görə də belə bir plan yoxdur. Əvvəllər də əməkdaşlar üçün mənzil tikintisi olmayıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAzərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşları və şəhid ailələrini dövlət hesabına mənzillə təmin edir. Bunun üçün həmin şəxslər yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər.
Nazirliyin öz işçilərinə gəlincə, mətbuat xidmətinin rəhbəriElman Babayevinsözlərinə görə, bu vaxta qədər əməkdaşların mənzillə təmin olunması kimi bir hal olmayıb: "Hələ ki gələcək üçün də belə bir şey planlaşdırılmır”.

Digər qurumlardan fərqli olaraq"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətiəməkdaşlarını mənzillə təmin edir. Bununla bağlı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunandan sonra dəmiryolçulara 147 mənzil paylanılıb: "Ümumilikdə iki il ərzində işçilərə 147 mənzil paylanılıb. Ötən il isə iki dəfə mənzil verilib-13 oktyabr və 31 dekabr tarixlərində. Oktyabrın ayının 13-ü 37 nəfər, dekabr ayının 31-i isə 27 nəfər mənzillə təmin olunub. Amma bu il nə vaxt mənzil veriləcəyi haqqında hələ ki məlumat yoxdur”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaidmançıların mənzillə təmin olunduğunu, lakin nazirlik əməkdaşları üçün belə bir halın olmadığını deyib: "İlin sonunda idman sahəsindəki müəyyən xidmətlərinə görə bir neçə idmançıya mənzil verilir. Amma nazirlik öz əməkdaşlarını mənzillə təmin etmək üçün yaşayış binası tikmir. Təbii ki, belə bir şeyin olması çox gözəl olardı”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevbildirib ki, işçilərin pulsuz mənzillərlə təmin edilməsi işi 1993-cü ildən dayandırılıb: "İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Hazırda bu mövzu gündəmdə deyil”.

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti