Xəzər Xəbər

Azərbaycanlı tələbələr: “Biz əziyyət çəkirik” – PROBLEM

Araşdırma | 13:01 • 21 Aprel 2017
Azərbaycanlı tələbələr: “Biz əziyyət çəkirik” –

İnsanlar gün ərzində müxtəlif problemlərlə rastlaşırlar. Problemlərin həllində əsas məsələ isə onun düzgün izah edilməsidir.

Bəs, görəsən, universitet tələbələrinin ən çox rastlaşdığı problemlər nələrdir?

Modern.az bununla bağlı Azərbaycanın müxtəlif universitetlərin də təhsil alan tələbələr arasında sorğu keçirib.

Azərbaycan Tibb Universitetinin, Hərbi tibb fakültəsinin III kurs tələbəsi Tusi Məmmədovdeyib ki, onu narahat edən əsas problem əsas təhsil sisteminin düzgün qurulmamasıdır.

"Nəzər saldığım zaman görürəm ki, çox savadlı müəllimlərimiz, oxumağa can atan tələbələrimiz az da olsa var. Amma sistem elə qurulub ki, hazırda təhsilimizin səviyyəsi digər ölkələrlə müqayisədə çox aşağıdır.

Həkimlərimizin əksəriyyətinin savadsız olmasını müəllimlərimiz tələbələrin boynuna atırlar ki, oxumurlar. Tələbələr də müəllimləri və kitabları bəhanə edirlər ki, təhsil keyfiyyətsizdir. Amma məncə, sistem düzgün qurulmayıb. Yəni idarəetme düzgün deyil.

Mən şəxsən müəllimlərimdən razıyam. Amma əskik olan çox şey var. Guya Boloniya sistemidir. Amma hələ də Boloniyanın nə olduğunu bilmirik.

Yəni, nəinki hər universitet, universitet daxilində hər kafedra bircür tələbkarlıq edir”.

Qərb Universitetinin,Qərb dilləri fakültəsinin, II kurs tələbəsi Fidan Nadirovaisə kitabxanalardan şikayətçidir:

"Tələbə kimi rastlaşdığım problemlərdən biri internetdəki məlumat azlığıdır. Məsələn evə müəllimlər oxumaq üçün mövzu verdikləri zaman internetdə həmin mövzu haqqında informasiya tapmaq olmur. Rus dilində və ingilis dilində informasiya həddən artıq çoxdur lakin Azərbaycan dilində informasiya çox azdır.Bu problemin aradan qaldırılmasını istərdim. Kitabxanalara hər zaman müraciət etmək olmur vaxt azlığı yorğunluq və.s səbəblərə görə.Üstəlik indi texnologiya dövrüdür hər kəs internetdən istifadə edir.

İşsizlik problemi də var. Universiteti bitirən tələbələr rahatlıqla iş tapa bilmirlər. Harasa müraciət edəndə onlardan təcrübə tələb olunur, ikinci bir dil tələb olunur. Amma universitetdə tələbələrə ikinci dil keçirilmir sadəcə olaraq praktikaya göndərilirlər. Praktika kifayət etmir. Məncə universitetlər ikinci bir dil öyrətsələr yaxşı olar. Ali təhsil müəssisələri tələbələrin universitet bitirdikdən sonra təcrübə əldə etməsi üçün hansısa iş müəssisələri ilə əməkdaşlıq etsələr, bizlər üçün daha yaxşı olar.

Bakı Dövlət Universitetinin, Sosial elmlər vəpsixologiya fakültəsinin II kurs tələbəsi Günel İsgəndərova:

"Tələbələrin zibili hara gəldi atması və partanı yazması məndə aqressiya yaradır. Bu da mənim üçün problemlər sırasına daxil edilə bilər. İnsanların eskalatorda sağ tərəfdə durmalı olduqlarını bilə-bilə bu qaydaya əməl etməmələri, hətta bununla bağlı kiminsə mənfi şərhinə məruz qaldıqda özlərinə bəraət qazandırmaları, metroda baş verən etikadan kənar hərəkətlər və s. bu kimi hallar da mənə görə bir problemdir.

Bir də ki, əgər qadın və kişi hüquqlarının bərabər olduğunu deyiriksə, qızların gözləri ilə qarşı cinsdən ictimai yerlərdə yer tələb etməsi də, məncə, günümüz üçün aktual problemdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin, Mühəndislik fakültəsinin, III kurs tələbəsi Asif Hacızadəisə bildirib ki, ölkədə işsizlik, avtobuslarda olan sıxlıq, avtobus sürücülərinin insanlarla düzgün rəftar etməməsi onun ən çox rastlaşdığı problemlərdir.

Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinin IV kurs tələbəsi Elmira Nəbiyeva:

"Universitetə bir girən sevinir, bir də çıxan deyirlər. Bəzən mənə elə gəlir ki, tələbə sözü problem sözü ilə eynilik təşkil edir. İlk problemlərdən biri dərsliklərdir. Elə dərsliklər olur ki, ancaq kitabxanadan tapmaq olur. Lakin kitabxanada da hər dəfə o kitablar olmur. Əksərən kitabxanaçılar "yoxdur” deyir və ya kitablar rus dilində olur. Buna görə sıxıntılar yaşayıram. Özüm təqaüd almıram. Ona görə də kitab almağa əlavə vəsait hər zaman xərcləyə bilmirəm. Bir də dərslərdə davamiyyət problem var.

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin IV kurs Leyla Kamal:

"Tələbə olaraq universitet də rastlaşdığım ən böyük problemim kitablarla bağlı olub. Daha dəqiqini desək, ixtisas f ənlərinə aid kitablarla. Qəbul olduğumuz zaman universitetdə jurnalistika ixtisası ikinci il idi ki fəaliyyət göstərirdi. Bu səbəbdən kitabxanamız lazımi dərs vəsaitləri ilə təmin olunmamışdı. Ancaq illər keçdikcə də bu problem öz həllini tapmadı artıq sonuncu kursdayam. Universitet hələ də ixtisasla bağlı dərs kitabları ilə təciz olunmayıb. Dörd il ərzində müəllimlərimizin digər universitetlərin kitabxanalarından əldə etdiyi kitabları kserks edərək həm gündəlik dərslərə, həm də imtahanlara hazırlaşmışıq. Bu hal isə təbii ki, heç bir tələbə üçün nə maddi nə də tibbi cəhətdən sərfəli deyil. Universitetdə digər problemlərlə rastlaşsam da, mənim üçün ən böyük çətinlik yaradan dərsliklər olub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi Qoşqar Bəylərov:

"Rayondan gələn tələbələr daha çox problemlərlə rastlaşırlar. Tələbələrin qalması üçün evlərin kirayə qiyməti bahadır. Hətta universitetlərə yaxın yerlərdəki kirayə evlərin aylıq qiyməti daha çox bahadır. Məsələn, Bakı Dövlət Universitetinə daxil olmuş tələbə "Elmlər Akademiyası” metrostansiyasına yaxın yerdəki evdə qalmaq istəyirsə 300-400 manat pul ödəməlidir.

Onlar 2-3 nəfər olsa belə, yenə də 100-150 manat pul ödəməyə məcbur qalırlar. Tələbə universitetdə yaxşı oxuyub zərbəçi, əlaçı olsa belə, onun aldığı təqaüd ev kirayəsini ödəmir, nəinki yaşayışını, yemək-içməyini.

Məncə bunun həlli üçün ya təqaüdlər qaldırılmalıdır, ya kirayə evlərin qiyməti aşağı salınmalıdır, ya da ki tələbələr tələbə yataqxanalarıyla təmin olunmalıdır”.

Rubrikanın digər xəbərləri

Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti