Xəzər Xəbər

Xaçmaz bazarında YANĞIN

Hadisə | 19:48 • 21 Aprel 2024
Xaçmaz bazarında

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti