Xəzər Xəbər

Kütləvi qida zəhərlənməsi: Sanitar-gigiyenik qaydalara necə nəzarət olunur? VİDEO

Veb TV | 20:06 • 8 May 2024
Kütləvi qida zəhərlənməsi: Sanitar-gigiyenik qaydalara necə nəzarət olunur?

Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır.

Xezerxeber.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21-i qadın, 13-ü kişi olmaqla, 34 nəfər müraciət edib.

Zəhərlənənlərin yaxınları isə qeyd edib ki, qida zəhərlənməsi toyuq dönərindən baş verib.

Məsələnin ciddiliyi nəzərə alınaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri rayona ezam ediliblər.

Kütləvi zəhərlənmə faktı yenidən dönərxanaların fəaliyyəti ilə bağlı məsələni aktuallaşdırıb. Maraqlıdır Bakıdakı durum bölgələrdən fərqlidirmi?

AQTA-nın Aparat rəhbəri Elxan Mikayilov deyib ki, müştərilər mütləq sənəd tələb etməlidirlər.

Elxan Mikayilov bildirib ki, yeni  sanitariya norması hazırlanıb. Bundan sonra çiy dönərlər yalnız standartlara cavab verən ərazilərdə hazırlana bilər. Həmin ərazilər isə  AQTA-dan qeydiyyatdan keçməlidir.

Bundan başqa, dönərxanaların sanitar gigiyenik vəziyyəti ilə bağlı tələbləri özündə əks etdirən normalar da müəyyənləşib. Sanitariya tələbləri normasının icra edilməməsinə görə dönərxanaların fəaliyyəti məhdudlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti