Xəzər Xəbər

Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir - "Məni get-gələ salıblar" VİDEO

Veb TV | 19:34 • 8 May 2024
Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir - "Məni get-gələ salıblar"

Ayağından ağır xəsarət alan şəxsə əllilik dərəcəsi verilmir.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllının Soltan kənd sakini Ceyhun Hacıyev bir il əvvəl ağır avtomobil qəzası keçirib.

Nəticədə də onun sağ ayağı hərəkət funksiyasını itirib. O, xeyli müddət müalicə alsa da, nəticəsi qənaətbəxş olmayıb.

Belə vəziyyətdən sonra Ceyhun Hacıyev əlillik dərəcəsi almaq üçün aidiyyəti quruma müraciət edib. Vətəndaşın sözlərinə görə, o, yenidən əlavə müayinələrə yönləndirilib və get- gələ düşüb.

Məsəslə ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Ceyhun Hacıyevə əlillik dərəcəsinin təyin olunmamasına səbəb sənədlərdə diaqnozun düzgün qeyd edilməməsidir.

Agentlikdən bildirilib ki, bununla bağlı Ceyhun Nağıyevə lazımi məsləhətlər verilib. “Forma-88” göndərişində diaqnozla bağlı müvafiq düzəlişlər edildikdən sonra əlillik təyinatı aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti