Xəzər Xəbər

Dələduzluqla bağlı cinayətlərin sayı NİYƏ ARTIB? VİDEO

Veb TV | 15:45 • 6 May 2024
Dələduzluqla bağlı cinayətlərin sayı NİYƏ ARTIB?

Son zamanlar ölkədə dələduzluqla bağlı cinayətlərin sayı niyə artıb.

Xezerxeber.az xəbər verir ki ,dələduzluq cinayətlərinin sayı son 4 il də 3 dəfə çoxalıb.

Belə ki, 2019-cu ildə 2112 dələduzluq fakfı qeydə alınmışdısa, bu rəqəm 2023-cü ildə 5622-ə qədər yüksəlib.

Bu, sosial vəziyyətlə əlaqədardır, yoxsa başqa səbəblər var?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmdizadənin bildirib ki, bu hal daha çox kiberdələduzluqla təkrarlanır. Sosial şəbəkə fırıldaqçılığı arasında ən çox yayılan növlərdən biri bank kartları ilə bağlıdır.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, cəmiyyətdə dələduzluğun artma səbəbi iqtisadi və sosial sahələrdə yeni texnoloji yeniliklərlə əlaqəlidir.

Psixoloqlar isə bildirirlər ki, dələduzluğa meyl edənlər əsasən davranış pozğunluğu, yetərsizlik sindromundan əziyyət çəkən və zərərli vərdişlərin aludəçiləridir.

Daha ətraflı videomaterialda:

Xəbər lenti