Xəzər Xəbər

Xaricdən ölkəmizə sürətli pul köçürmələri NİYƏ AZALIB? VİDEO

Veb TV | 15:22 • 6 May 2024
Xaricdən ölkəmizə sürətli pul köçürmələri NİYƏ AZALIB?

Xaricdən ölkəmizə pul köçürmələri azalıb.

Xezerxeber.az xəbər verir ki, bu ilin ilk 3 ayında Azərbaycan banklarına sürətli pul köçürmə sistemləri vasitəsi ilə daxil olan vəsaitin həcmi 30.9% və ya 207.6 milyon manat azalıb. Bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilib.

İqtisadçı ekspert Elman Sadıqov deyir ki, ölkəmizə əsasən Rusiya, Ukrayna və Türkiyədən maliyyə axını müşahidə edilir. Elə iş üçün ölkə xaricinə çıxmaq istəyənlər də daha çox bu 3 ölkəyə üz tuturlar. 

Onun sözlərinə görə, köçürmələrin azalmasına səbəb həmin ölkələrdəki iqtisadi vəziyyətlə bağlıdır.

Elman Sadıqov bildirib ki, Türkiyədə dolların lirə qarşısında üstünlüyü  də orada yaşayan və çalışan həmvətənlərimizin qazancına mənfi təsir göstərib. Ekspertin fikrincə, ölkəmizə xaricdən pul köçürmələrinin azalması makro iqtisadiyyata  ciddi təsir göstərməsə də, insanların rifahının aşağı düşməsinə səbəb olur.

Iqtisadçı onu da əlavə edib ki, ölkəyə sürətli pul köçürmələrində ən çox azalma 2020 və 2022-ci illər aralığında olub. Ötən ildən başlayaraq  isə bu istiqamətdə müəyyən qədər normallaşma hiss olunur.

Daha ətraflı videomaterialda:

Xəbər lenti