Xəzər Xəbər

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI VİDEO

Veb TV | 21:40 • 27 Aprel 2024
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Aprel ayında tur paketlər bahalaşıb.

Xezerxeber.az xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir.

İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək deməkdir. Növbəti aylarda fərq daha çox olacaq.

Ən çox  təlabat hər il olduğu kimi yenə də Türkiyəyədir.  Bu il bu istiqamət üzrə qiymətlər tez,  həmçinin də çox artıb. Səbəb Rusiya-Ukrayna müharibəsi fonunda rusların Türkiyəyə daha çox maraq göstərməsidir.

Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım daha çox olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti