Xəzər Xəbər

Əlilliyi olan şəxsin pulu niyə kəsilib? VİDEO

Veb TV | 21:44 • 4 İyun 2023
Əlilliyi olan şəxsin pulu niyə kəsilib?

Müddətsiz əlillik alan şəxsin təqaüdünü kəsiblər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxda yaşayan Biləsuvar rayon sakini 49 yaşlı Vahid Cəfərov deyir ki, 1993-94-cü illərdə Kəlbəcər uğurunda gedən döyüşlərdə ayağından yaralanıb. Elə həmin il də Gəncə şəhərində onun sağ ayağının barmaqlari amputasiya edilib.

Vahid Cəfərov deyir ki, ona 1995-ci ildə 2-ci dərəcəli, 2005-ci ildən isə müddətsiz əlillik dərəcəsi təyin edilib. Buna görə də o ötən ilin oktyabr ayına qədər əlilliyə görə pensiya alıb.

Vahid Cəfərovun sözlərinə görə, vətənin müdafiəsi uğurunda döyüşlərdə iştirak etdiyi üçün 350 manat prezident təqaüdü, 302 manat isə pensiya alırmış. Lakin 8 aydır ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona bildirilib ki, təkrar müayinədən keçməlidir. Bu səbəbdən də onun əlilliyi ləğv edilib.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, vətəndaşın müraciəti araşdırılıb.

 "Tibb müəssisəsi tərəfindən Cəfərov Vahid Fərman oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə yeni forma-88 sənədi rəsmiləşdirilib. Buna uyğun olaraq vətəndaş bu yaxınlarda Agentlikdə əyani müayinə edilib. Qanunvericiliyə uyğun olaraq şəxsin əlilliyin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək'',-deyə Tural Qurbanov bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti