Xəzər Xəbər

Bu günə qədər bu formada telefon satışı olmamışdı VİDEO

Veb TV | 21:15 • 27 Mart 2023
Bu günə qədər bu formada telefon satışı olmamışdı

İtirdiyi şəxsiyyət vəsiqəsi ilə özünə telefon satmaq istədilər.

Xezerxeber.az məlumat verir ki, Bakıda işləyən Balakən rayon sakini Orxan Qaracayev iddia edir ki, kimsə ona məxsus şəxsiyyət vəsiqəsi ilə telefon satmaq adı altında dələduzluq edir.

Sakin deyir ki, o, ötən ilin noyabr ayında şəxsiyyət vəsiqəsini itirib. Kimsə həmin vəsiqəni tapıb və müxtəlif sosial şəbəkələr, eləcə də vatsap vasitəsilə sifarişlər qəbul edərək vətəndaşları aldadır. Telefon satışı ilə məşğul olan həmin şəxs bank hesabı ilə yanaşı, etibar qazanmaq üçün Orxanın şəxsiyyət vəsiqəsini də müştərilərə göndərir. Ucuz qiymətə təklif olunan telefonlara görə ödəniş edildikdən sonra isə sifarişçilərin nömrəsi bloklayır.

Orxan Qaracayev deyir ki, bu məsələ ilə bağlı ondan polisə şikayətlər də daxil olur. Hətta aldadılan şəxslər onun qeydiyyatda olduğunu ünvana qədər gedib çıxıblar.

“Xəzər Xəbər” in əməkdaşı telefon satan şəxslə vatsapla əlaqə yaradaraq məhsul sifariş verib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti