Xəzər Xəbər

Bazarda qiyməti 180 manat olan meyvənin “faydası” VİDEO

Veb TV | 20:40 • 27 Mart 2023
Bazarda qiyməti 180 manat olan meyvənin “faydası”

Qiyməti 70 manatdan başlayaraq kilosu 180 manata qədər olan alça, 8 manatdan başlayaraq kilosu 18 manatadək olan çiyələk, kiloqramı 8 manata olan üzüm, ədədi 10 manata olan qarpız və yemiş.

Xezerxeber.az məlumat verir ki, bu meyvələrin qiyməti baha olsa da, alıcıları kifayət qədərdir.

Satıcılar bildirir ki, hazırda mövsümi olmayan meyvələrin ən bahalısı alçadır.

Bəzi alıcılar isə mövsümü olmayan meyvələrə üstünlük vermədiklərini bildirdilər.

Satıcılar deyir ki, mövsümü olmayan bəzi meyvələr də var ki, onlar tapmaq ümumiyyətlə mümkün deyil.

Qida üzrə ekspert Ağa Salamov isə Xəzər Xəbərə bildirdi ki, hər hansı meyvənin mövsümündə yeyilməməsi orqanizmə zərərli olmasa da, faydası da yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti