Xəzər Xəbər

Maşın bazarında durğunluq yaşanır VİDEO

Veb TV | 19:32 • 4 Dekabr 2022
Maşın bazarında durğunluq yaşanır

Ötən aylarla müqayisədə avtomobillərin qiymətində artım müşahidə edilir. Qiymətlərdəki dəyişiklik alıcılıq qabiliyyətinə təsir göstərib. Alıcılar avtomobillərin bahalaşmasından gileylənirlər.

Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət Bakının maşın bazarında durğunluğa səbəb olub.

Satıcıların sözlərinə görə, belə vəziyyət bir neçə aydır müşahidə edilir.

Alıcılar avtomobillərin bahalaşdığını deyirlər. Məlumata görə, müxtəlif markalar üzrə qiymətlər təxminən 500-600 manat civarında yüksəlib.

Ekspertlər hesab edirlər ki, hər il ilin ilk və sonuncu ayında avtomobil bazarında bənzər vəziyyət hökm sürür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti