Xəzər Xəbər

Musiqi məktəblərindəki müəllimlərin attestasiyası keçiriləcək

Mədəniyyət | 12:33 • 14 Oktyabr 2022
Musiqi məktəblərindəki müəllimlərin attestasiyası keçiriləcək

Musiqi və incəsənət məktəblərindəki müəllimlərin attestasiyası aparılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, musiqi və incəsənət məktəblərində şagirdlərin qəbulunda da yeni sistem üçün hazırlıqlar aparılır. Eyni zamanda, musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin iki mərhələli attestasiyası da aparılacaq. Bu ilin sonuna kimi attestasiyanın birinci mərhələnin keçirilməsi planlaşdırılır.

Xəbər lenti