Xəzər Xəbər

Azərbaycan millisi Şimali Makedoniya yığmasına qalib gəlib

İdman | 19:19 • 20 Noyabr 2022
Azərbaycan millisi Şimali Makedoniya yığmasına qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, millimiz Skopyedəki “Todor Proeski Milli Arena”sında Şimali Makedoniya yığması ilə qarşılaşıb.

Albaniyalı FIFA referisi Enea Yorqyinin idarə etdiyi oyunda yığmamız 3:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı, Ramil Şeydayev, rəqib komandadan isə Enis Bardi fərqləniblər.

Xatırladaq ki, millimiz bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti