Xəzər Xəbər

Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət işi açılıb

Dünya | 13:11 • 9 May 2024
Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən bəri Azərbaycan ilə sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 15 nəfərə qarşı cinayət təqibi başladıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb. Bildirilib ki, 7 iş yolları bağlayarkən xuliqanlıq əməlləri, əmlaka qəsdən zərər vurma, fiziki təsir göstərmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarının pozulması ilə bağlıdırsa, qalan 4 iş maşın təkərlərinə ziyan vurulması, aksiyalar zamanı zorakılığa çağırışlar, eləcə də silahların əldə edilməsi və saxlanması ilə bağlıdır.

Təqsirləndirilən 9 şəxs artıq həbs edilib, biri ev dustaqlığındadır. Daha 3 nəfər ölkəni tərk ermək qadağası ilə hələlik sərbəstdir, 1 nəfər inzibati nəzarət altındadır və onun ölkədən çıxışına qadağa var, 1 nəfər isə tərbiyəvi nəzarətdədir.

Bu hallarla bağlı istintaq davam edir.

Xəbər lenti