Xəzər Xəbər

BMT Təhlükəsizlik Şurasının iclası zəlzələyə görə dayandırılıb

Dünya | 20:00 • 5 Aprel 2024
BMT Təhlükəsizlik Şurasının iclası zəlzələyə görə dayandırılıb

BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclası zəlzələ səbəbindən bir müddət dayandırılıb. İclas aprelin 5-də BMT-nin yutub kanalında yayımlanıb.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının palatasında çıxış edənlər və jurnalistlər yerli vaxtla saat 10:20-də yeraltı təkanlar hiss ediblər. Bundan sonra iclas yarımçıq kəsilib və daha sonra davam etdirilib.

Nyu-York hakimiyyəti sakinləri təşvişə düşməməyə və evlərini tərk etməməyə çağırıb.

Hazırda Nyu-York şəhərinin nəqliyyat sistemində hər hansı nasazlıq barədə məlumat yoxdur. Con Kennedi Beynəlxalq Hava Limanı işini normal rejimdə davam etdirir.

Qeyd edək ki, Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ qeydə alınıb. İtki və fəsadlar barədə məlumat yoxdur.

Xəbər lenti