Xəzər Xəbər

Tramp Baydeni Ağ Evdən qovacağını bəyan edib

Dünya | 10:20 • 11 İyun 2023
Tramp Baydeni Ağ Evdən qovacağını bəyan edib

ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və Ağ Evin indiki korrupsiyalaşmış rəhbəri Cozef Baydeni iqamətgahından qovacağını bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı deyib.

“5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Joe Biden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim olmaram, heç vaxt məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, - deyə o qeyd edib.

Xəbər lenti