Xəzər Xəbər

Kiyevdə partlayışlar olub ÖLƏN VƏ YARALILAR VAR

Dünya | 08:30 • 28 May 2023
Kiyevdə partlayışlar olub

Ukraynanın paytaxtı Kiyevə “Şahed” və digər pilotsuz uçuş aparatları ilə hücum olub.

Xezerxeber.az xəbər verir ki, 20-dən çox hava hədəfi vurulub.

Dronların kütləvi hücumu zamanı bir nəfər ölüb biri isə xəstəxanaya yerləşdirilib.

“35 yaşlı qadın yanacaqdoldurma məntəqələrindən birinin binasının yaxınlığında PUA-nın dağıntılarının düşməsi nəticəsində paytaxtın Solomenski rayonundakı xəstəxanaya yerləşdirilib. 41 yaşlı kişi isə dünyasını dəyişib”, - deyə Kiyev meri Kliçklo bildirib.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti