Xəzər Xəbər

İskiya adasında baş verən sürüşmədə ölənlərin sayı 7 nəfərə çatıb

Dünya | 09:20 • 28 Noyabr 2022
İskiya adasında baş verən sürüşmədə ölənlərin sayı 7 nəfərə çatıb

Neapol körfəzindəki İskiya adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 5 nəfərin axtarışı davam edir. Ölənlər arasında üç həftəlik uşaq da var.

İtaliyanın ANSA xəbər agentliyi xəbər yayıb ki, itkin düşən 5 nəfərdən üçü bir ailənin üzvüdür (iki valideyn və 2007-ci il təvəllüdlü azyaşlı uşaq).

Qeyd edək ki, şənbə günü adaya yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Ən azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. O, vəziyyəti çox ciddi adlandırıb. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada məktəbləri bazar ertəsi və çərşənbə axşamı bağlamaq qərarına gəlib. Hökumət fövqəladə vəziyyət elan edib və tüğyan edən fəlakətin nəticələrini aradan qaldırmaq üçün iki milyon avro ayrılıb.

Xəbər lenti