Xəzər Xəbər

Qazaxıstan Prezidenti Rusiyaya səfər edib

Dünya | 09:11 • 28 Noyabr 2022
Qazaxıstan Prezidenti Rusiyaya səfər edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

Xezerxeber.az xəbər verir ki, Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Kasım-Jomart Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.

Noyabrın 26-da paytaxt Astanada Qazaxıstan Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib.

Xəbər lenti