Xəzər Xəbər

Türkiyə ordusu terrorçulara növbəti dəfə sarsıdıcı zərbə vurub

Dünya | 11:02 • 27 Noyabr 2022
Türkiyə ordusu terrorçulara növbəti dəfə sarsıdıcı zərbə vurub

Türkiyə Silahlı Qüvvələrinin birliklərinin İraq və Suriyanın şimalında keçirdikləri növbəti əməliyyatları nəticəsində terrorçulara növbəti dəfə sarsıdıcı zərbə vurulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Noyabrın 25-də və 26-da ümumilikdə 22 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Onlardan 10-u İraqın, 12-si isə Suriyanın şimalında məhv olunub.

Dövlət rəsmiləri bir daha bəyan ediblər ki, antiterror əməliyyatları son terrorçu məhv edilənə qədər davam edəcək.

Xəbər lenti

Çox oxunanlar