Xəzər Xəbər

Gürcüstanda monastıra basqın edilib

Hücum edən şəxslər rahibəyə bıçaqla xəsarət yetiriblər
Dünya | 10:46 • 27 Noyabr 2022
Gürcüstanda monastıra basqın edilib

Gürcüstanın qərbində Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndindəki Qadın monastırına basqın olub. İlkin məlumatlara görə, basqın qarət məqsədi daşıyıb.

Basqın zamanı iki rahibə ağır yaralanıb.

Bildirilir ki, bir neçə şəxs zorla monastıra daxil olmağa cəhd göstərib. Lakin monastır xidmətçiləri onlara müqavimət göstəriblər. Qarətçilər rahibələrə zor tətbiq ediblər, bir rahibə döyülüb, digəri isə bıçaqlanıb.

Bıçaq zərbəsi alan rahibə əvvəl Xaşuri xəstəxanasına aparılıb. Lakin sonradan o, Tbilisidəki xəstəxanalardan birinə çatdırılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı artıq iki nəfər saxlanılıb, cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Gürcüstanda kilsə və monastıra basqın və oğurluq ilk fakt deyil. Bundan əvvəl də bir neçə kilsədən oğurluq edilib, kilsə xadiminin evi qarət olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar