Xəzər Xəbər

ABŞ-nin Vircinya ştatında atışma olub, ölənlər var

Dünya | 11:00 • 23 Noyabr 2022
ABŞ-nin Vircinya ştatında atışma olub, ölənlər var

ABŞ-nin Çesapik şəhərindəki (Virciniya ştatı) Walmart mağazasında naməlum silahlı şəxs insanlara atəş açıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABC telekanalı polis orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, hücum edən şəxsin öldüyü ehtimal edilir. Hüquq-mühafizə orqanlarına bir neçə nəfərin həlak olduğu və yaralandığı barədə məlumat daxil olub. Hazırda qurbanların dəqiq sayı məlum deyil. Eyni zamanda, ölənlərin sayının 10 nəfərdən çox olmadığı bildirilir.

Hüquq-mühafizə orqanları "Walmart" mağazasında baş verən atışmadan yerli vaxtla saat 22:12-də (Bakı vaxtı ilə 07:12) xəbər tutub.

Xəbər lenti