Xəzər Xəbər

Türkiyədə baş verən zəlzələdən sonra 70-dən çox avterşok qeydə alınıb

Dünya | 11:55 • 23 Noyabr 2022
Türkiyədə baş verən zəlzələdən sonra 70-dən çox avterşok qeydə alınıb

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, zəlzələ mərkəzi Düzcenin Gölyaka rayonu olmaqla İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmiri də əhatə edən geniş ərazidə hiss olunub.

Təbiət hadisəsi nəticəsində ilkin məumata əsasən, ümumilikdə 50 nəfər xəsarət alıb. 

Düzcedə bəzi evlərin və iş yerlərinin divarlarında söküntülər var, şəhər ədliyyəsinin binasının damından qopan bəzi beton parçaların yerə düşüb. Düzcedə nəzarət məqsədi ilə kəsilən elektrik enerjisi artıq bir çox bölgəyə verilməyə başlayıb.

Zəlzələ səbəbiylə Düzce və Sakaryada təhsil bir günlük dayandırılıb.

Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

Xəbər lenti