Xəzər Xəbər

Uşaqlara ən çox verilən adlar açıqlanıb SİYAHI

Cəmiyyət | 10:36 • 23 Yanvar 2023
Uşaqlara ən çox verilən adlar açıqlanıb

2022-ci ildə doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə ən çox Uğur, Əli, Hüseyn, Yusif və Məhəmməd adı verilib.

Xezerxeber.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qadın cinsindən olanlara isə Zəhra, Aylin, Məryəm, Zeynəb və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib. 

nazirlikdən o da bildirilib ki, 2022-ci ildə qeydiyyat orqanları tərəfindən 120 mindən artıq şəxsin doğumu qeydə alınıb.

Onlardan 1789-u əkiz, 61-i üçəm, 1-i dördəm, 1-i isə beşəm olub.

Xəbər lenti